08:50 27-04-2012
news_image

İlk gündə uğursuzluq

Rusiyanın Çelyabinsk şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında ilk günün qalibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, birinci yarış günündə tatamiyə çıxan Azərbaycan milli komandasının 4 idmançısı mükafatçılar sırasında yer ala bilməyib.

Belə ki, Ağayar Axundzadənin yetirmələrindən Orxan Səfərov (60 kq) ilk, Tərlan Kərimov, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) və Kifayət Qasımova (57 kq) isə ikinci döyüşdə uduzaraq, mübarizəni dayandırıblar.

Qeyd edək ki, aprelin 28-də yekunlaşacaq qitənin ən möhtəşəm yarışında hələ 6 cüdoçumuz tatamiyə çıxacaq.