15:56 27-04-2012
news_image
1144
DİGƏR NÖVLƏR

Azərbaycan olimpiya yığmasından yeni rekord!

Azərbaycan Olimpiya yığması yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Pekin-2008-də ölkəmiz 39 lisenziya qazanmışdısa, artıq London-2012-də bunların sayı 40-a çatıb.

4 il öncə 39 vəsiqəni 44 idmançımız əldə etmişdisə, bu dəfə daha az 41 atletimiz daha çox lisenziya əldə edib. Üstəlik, bu dəfə idmançılarımız 14 müxtəlif növdə Olimpiadada təmsil olunacaq ki, bu da bu yarışlar üçün ölkəmizin mütləq rekordudur. Lakin bu rekordlar Olimpiadaya qədər daha da arta bilər.

Qeyd edək ki, London Olimpiadası Azərbaycan idmançıları üçün ümumilikdə 9-cu, yay olimpiya oyunları 5-ci sınaqdır. Belə ki, 1996, 2000, 2004 və 2008-ci illərdə Yay Olimpiya Oyunlarında iştirak edən ölkəmiz 1998, 2002, 2006 və 2010-cu ildə nisbətən kiçik heyətlə qiş olimpiya oyunlarında da qüvvəsini sınayıb.

İl

Lisenziya

İdman növü

1996

23

9

1998

3

1

2000

31

8

2002

3

2

2004

38

10

2006

1

1

2008

39

10

2010

2

1

2012

40

14