17:40 28-04-2012
news_image

10 idmançıya 1 bürünc medal

Azərbaycan yığması Rusiyanın Çelyabinsk şəhərində keçirilən cüdo üzrə Avropa çempionatında çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, səfərə 10 idmançı ilə yollanan millimiz cəmi 1 bürünc medala sevinib. Onu da komandamıza Elmar Qasımov (100 kq) qazandırıb.

Yarışın son günü tatamiyə çıxan digər cüdoçumuz Timur Əlixanov 7-ci olsa da, Elxan Məmmədov (hər ikisi 90 kq) ilk döyüşündəcə uduzub.