12:27 30-04-2012
news_image

Milli komandamız Mançesterə yollandı

Azərbaycan taekvondoçuları Avropa çempionatına yollanıblar. Taekvondo Federasiyasından apasport.az saytının məlumatına görə, Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək yarışda 14 idmançımız iştirak edəcək.

Milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev 8 nəfərlik kişilərdən ibarət heyətə Mikayıl Əliyev (54 kq), Samir Aydınov (58 kq), Ramik Nəzərov (63 kq), Elvin Məmmədov (68 kq), İlkin Şahbazov (74 kq), Fərid Tağızadə (87 kq,) Ramin Əzizov (80 kq) və Aydın Bəhməlovu (+87 kq) cəlb edib.

Qadınlardan ibarət yığmamızın baş məşqçisi Sun Mi Park isə 6 nəfərlik heyətdə Xəyalə Quliyevaya (46 kq), Türkanə Tahirli (49 kq), Aygül Abdullayevaya (53 kq), Günay Ağakişiyeva (57 kq), Səbinə Mikayılova (62 kq) və Fəridə Əzizovaya (67 kq) güvənib.

Mayın 2-də Avropa Taekvondo Birliyi (ETU) İcraiyyə komitəsinin iclasında, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti və ETU-nun vitse presidenti Füzuli Musayev iştirak edəcək.

Qeyd edək ki, artıq Mançesterdə olan seçmə komandamız iki günlük yüngül məşqlərin ardından, 3-6 may tarixlərində yarışa qatılacaq. Taekvondoçularımız ayın 8-də Bakıya qayıdacaqlar.