09:57 01-05-2012
news_image
2205
DÖYÜŞ NÖVLƏRİ

İdmançımız avtomobil qəzasında öldü

Minskdə avtomobil qəzası baş verib. Apasport.az saytının Belarus mətbuatına istinadən xəbərinə görə, hadisə zamanı ölənlərdən biri azərbaycanlı güləşçi Zaur İsmayılovdur.

Məlumatda bildirilir ki, 29 yaşlı həmyerlimizin olduğu BMW-5251 markalı avtomobil yoldan çıxaraq, işıqlandırma dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobildəki hər 2 şəxs yerindəcə dünyasını dəyişib.

Qeyri-rəsmi məlumata görə, ölən 29 yaşlı azərbaycanlı güləşçi Zaur İsmayılovdur. Onun Belarus çempionu olduğu bildirilir. Lakin onun yunan-Roma güləşi üzrə ölkə çempionu olub-olmadığı araşdırılır.

Lakin Belarus cüdo və güləş federasiyalarında, idman və turizm nazirliyində belə idmançının olması barədə məlumat yoxdur. O, Belarusun heç bir yığmasının üzvü də olmayıb. Bununla belə, onun yalnız cüdo üzrə bəzi beynəlxalq turnirlərdə iştirak etdiyi qeyd olunub.