13:18 01-05-2012
news_image
1217
DİGƏR NÖVLƏR

Yığmamız Yaponiyada ilk məğlubiyyətini aldı

Qadın otüstü hokkeyçilər arasında London Yay Olimpiya Oyunlarının təsnifat yarışında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Yaponiyanın Kakamigahara şəhərində baş tutan yarışın əvvəlki 3 turunda xal itirməyən Azərbaycan millisi ilk məğlubiyyətini alıb.

Komandamızı ev sahibləri və turnirin favoriti olan yaponlar məğlub ediblər. Düzdür, hesabı matçın 6-cı dəqiqəsində yığmamız açıq. Lakin asiyalılar Han Taejeonqun qolundan sonra 4 dəfə fərqlənməklə, 4:1 hesablı qələbə qazanıblar.

Bundan sonra Yaponiya millisi turnir cədvəlində birinci pilləyə yüksəlib. Aktivində 10 xalı olan “Gündoğar ölkə”nin hokkeyçiləri ikinci yerə enən həmyerlilərimizi 1 xal qabaqlayırlar. 3-cü pillədə qərarlaşan Çili millisi isə 7 xala malikdir.

Mayın 3-də - son turda Azərbaycan və Çili komandalarının oynayacağını nəzərə alsaq, artıq yaponlar finalda rəqiblərini gözləyir. Son mərhələdə onlarla qarşılaşmaq üçün isə yığmamıza uduzmamaq lazımdır. Çünki reqlamentə əsasən, ilk 2 pilləni tutacaq millilər bir daha oynayacaq və qalib gələcək komanda London-2012-yə vəsiqə qazanacaq.


Yaponiya 4 3 1 0 19-1 10
Azərbaycan 4 3 0 1 13-4 9
Çili 4 2 1 1 6-4 7
Belarus 3 1 1 1 5-6 4
Malayziya 4 0 1 3 3-16 1
Avstriya 3 0 0 2 0-15 0

Qeyd edək ki, IV turun son matçında Avstriyanı sınağa çəkəcək Belarus da qalib gələcəyi halda finala yüksəlmək şansını saxlayacaq. Lakin onlar V oyun günündə Yaponiya ilə oynayacaqlarında qalib gələcəkləri inandırıcı deyil.