11:43 03-05-2012
news_image

Boksçularımız Umaxanov turnirində

Dağıstanın Kaspiysk şəhərində Məhəmməd-Salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirə start verilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, sayca 14-cü dəfə keçirilən yarışda Rusiya, Polşa, Braziliya, Latviya, Ukrayna, Türkmənistan, Ermənistan və Dağıstan komandaları iştirak edirlər. Azərbaycanı turnirdə məşqçilər Salam Bağırovla Elçin İbrahimlinin rəhbərliyi altında gənc boksçular təmsil edirlər.

Heyətdə yer alan idmançılar müxtəlif cəmiyyətlərin yığma komandalarını təmsil edirlər. Umaxanov turnirində 7 boksçumuz – Fərid Atamoğlanov, Əbdürrəhim Şirinov (hər ikisi 52 kq), Salman İbrahimov (60 kq), Elnur Zeynalov, Ruslan Qasımov (hər ikisi 64 kq), İsmət Eynullayev, Bəxtiyar Nadirov (hər ikisi 69 kq) mübarizə aparır. Bunlardan Eynullayev və Qasımov təcrübəlidirlər. Onlar dəfələrlə ölkə çempionatının mükafatçısı olublar. Ruslan Qasımov 2009-cu ildə Milanda keçirilmiş dünya çempionatında iştirak edib.

Qeyd edək ki, Əli Əliyev adına İdman Sarayında keçirilən turnirə mayın 5-də yekun vurulacaq.