15:22 03-05-2012
news_image
816
DİGƏR NÖVLƏR

5 may – Milli komandamız üçün tarixi an

Qadın otüstü hokkeyçilər arasında Yaponiyanın Kakamigahara şəhərində keçirilən London Yay Olimpiya Oyunlarının Təsnifat Turnirində final oyununun başlama vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin yekununa əsasən ilk 2 yerdə qərarlaşan Yaponiya və Azərbaycan yığmaları arasında həlledici görüş mayın 5-də olacaq.

Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Həmin gün Çili ilə Belarus 3-cü, Malayziya ilə Avstriya isə 5-ci yer uğrunda oynayacaq.

Qeyd edək ki, yaponlar qrup mərhələsində millimizə 4:1 hesabı ilə qalib gəliblər.