11:41 05-05-2012
news_image
1512
DİGƏR NÖVLƏR

Yığmamız London-2012-yə lisenziya qazana bilmədi

Azərbaycan qadın otüstü hokkey yığması London-2012-yə lisenziya qazana bilməyib. Apasport.az saytının xəbərinə görə, komandamız az öncə Yaponiyanın Kakamigahara şəhərində keçirilən London Yay Olimpiya Oyunlarının Təsnifat Turnirinin final matçında meydan sahiblərinə uduzub – 1:5

Qeyd edək ki, yaponlar qrup mərhələsində də millimizə 4:1 hesabı ilə qalib gəlmişdilər.

Yaponiya - Azərbaycan - 5:1