14:15 07-05-2012
news_image
868
DİGƏR NÖVLƏR

“İnter”in sabiq futbolçusunun bacarmadığına qızı nail oldu

Bakıda 16 yaşadək qızlar arasında Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq tennis turniri keçirilib. Apasport.az saytının məlumatına görə, 16 idmançının mübarizə apardığı yarış moldovalı tennisçi Anna Testimitsianunun qələbəsi ilə başa çatıb.

Maraqlıdır ki, Azərbaycanı çempion kimi tərk edən xanım atasının bacarmadığına nail olub. Belə ki, Anna Bakının “İnter” klubunun sabiq futbolçusu İon Testimitsianunun qızıdır. Hazırda Moldova yığmasının məşqçisi olan İon ölkəmizdə çempion ola bilməyib, gümüş medallarla kifayətlənmişdi.

Qeyd edək ki, yarışda çıxış edən Azərbaycan təmsilçilərindən Fatma Həsənova 1/16, Nəzrin Cəfərova 1/8, Kamilə Fərhad isə 1/2 mərhələsində mübarizəni dayandırıb.