14:33 07-05-2012
news_image
1002
DÖYÜŞ NÖVLƏRİ

Boksçumuz Rusiyadan qızıl medalla qayıdır

Dağıstanın Kaspiysk şəhərində Məhəmməd-salam Umaxanovun xatirəsinə həsr olunmuş boks üzrə ənənəvi beynəlxalq turnirə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda Rusiya, Polşa, Braziliya, Latviya, Ukrayna, Türkmənistan, Ermənistan və Dağıstan komandaları da iştirak ediblər.

Azərbaycanın idman şərəfini müxtəlif cəmiyyətləri təmsil edən 7 boksçu qoruyub. Həmyerlilərimizdən 52 kq çəki dərəcəsində mübarizə aparan Əbdürrəhim Şirinov turnirin qalibi olub. Boksçumuz yarımfinalda Rusiya nümayəndəsi Məhəmməd Rabadanovu 17:9 hesabı ilə məğlub edərək, finala vəsiqə qazanıb. Həlledici görüşdə ukraynalı Stepan Stefanişinlə üz-üzə gələn boksçumuz 10:6 hesabı ilə qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Digər idmançılarımızdan İsmət Eynullayev (69 kq) ilk qarşılaşmada rusiyalı Murad Atlangeriyevi üstələsə də, növbəti mərhələdə Rusiya milli komandasının aparıcı üzvlərindən İslam Edisultanova 1 xal fərqlə uduzub – 8:9.