18:00 08-05-2012
news_image
737
DİGƏR NÖVLƏR

Yığmamız Milana yollanır

Mayın 13-21-də İtaliyanın Milan şəhərində keçiriləcək güllə atıcılığı üzrə Dünya Kubokuna yollanacaq Azərbaycan milli komandasının heyəti məlim olub. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmiz 2 snayperlə təmsil olunacaq.

Afina-2004-ün bürünc mükafatçısı İradə Aşumovanın rəhbərlik etdiyi komandada özü ilə Ruslan Lunyov qüvvələrini sınayacaqlar. Onlar hər 2-si 10 və 25 m məsafələrə atışda hədəf önünə keçəcəklər.

Qeyd edək ki, turnirə 71 ölkədən 550 idmançı qatılacaq.