10:42 10-05-2012
news_image
811
DİGƏR NÖVLƏR

İlk 2 gündə 4 medal

Konkur üzrə mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş Dünya Kubokunun təsnifat mərhələsi davam edir. Azərbaycan Atçılıq Federasiyasından apasport.az saytının məlumatına görə, CSİ - 3* kateqorityalı beynəlxalq turnirin ilk günü həmyerlimiz Seid Müasey bütün rəqiblərini qabaqlayaraq, çempion adına layiq görülüb. İkinci pilləni isə ölkəmizi Olimpiya oyunlarında təmsil edəcək Camal Rəhimov tutub. Üçüncü yerin sahibi də yığmamızın üzvü olub. Azərbaycan bayrağı altında çıxış edən Patric Mcentee bürünc medala layiq görülüb.

Yarışın ikinci günündə isə gürcüstanlı Şalva Qaçeçiladze “Saturn” ləqəbli atla bütün rəqiblərini qabaqlayaraq, birinci yeri tutub. İkinci pillənin sahibi “Bahar MNM” ləqəbli atla belçikalı idmançı Jody Bosteels olub. Təmsilçimiz Patric Macentee isə “Zidane” ləqəbli atla üçüncü nəticə göstərib.

Qeyd edək ki, turnirin final mərhələsi bu gün Binə Atçılıq Mərkəzində keçiriləcək. Yarışın ümumi mükafat fondu 156 000 dollardır.