12:54 10-05-2012
news_image

FİLA prezidenti Bakıda mətbuat konfransı keçirəcək

Bakıda sərbəst güləş üzrə təşkil olunacaq Dünya Kuboku ilə əlaqədar sabah mətbuat konfransı keçiriləcək. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, tədbirdə Beynəlxalq Güləş Federasiyaları Assosiasiyasının (FİLA) prezidenti Rafael Martinetti KİV nümayəndələrinin suallarını cavablandıracaq. Konfrans “Sərhədçi” Olimpiya Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, Dünya Kubokunda Azərbaycanla yanaşı, Rusiya, İran, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus, Bolqarıstan və Türkiyə milliləri qüvvələrini sınayacaqlar.