13:03 10-05-2012
news_image

Rusiya yığması Bakıya gətirəcəyi heyəti açıqladı

Mayın 12-13-də Bakıda keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokuna qatılacaq Rusiya milli komandası heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımız bu mötəbər yarışa eksperimental heyətlə gələcək.

Belə ki, rusların heyətində ən titullu idmançı bu il Avropa çempionatının bürünc mükafatçısı olan Rəsul Murtuzəliyevdir. Komandanın tərkibinə Artas Sanaa, Mixail İvanov (hər ikisi 55 kq), Əhməd Çakayev, Camaləddin Qurbanəliyev (hər ikisi 60 kq), Rəsul Murtuzəliyev (66 kq), Kamal Məlikov, Ramaazan Şəmsutdinov (hər ikisi 74 kq), Anzor Boltukayev, Məhəmməd İbrahimov (hər ikisi 84 kq), Şamil Əhmədov, Marat İbrahimov (hər ikisi 96 kq), Məhəmmədhacı Nurəsulov və Yevgeni Kolomiyes (hər ikisi 120 kq) daxil edilib.

Qeyd edək ki, yarışda Azərbaycan da daxil olmaqla, 10 ölkənin yığması mübarizə aparacaq.