15:01 10-05-2012
news_image

Yığmamız Rusiya ilə birgə hazırlıq keçəcək

Azərbaycanın parataekvondo üzrə milli komandası Rusiyaya təlim-məşq toplanışına yollanır. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, baş məşqçi Əvəz Tağıyevin rəhbərliyi altında mayın 12-22-də nəzərdə tutulan hazırlıq prossesində 23 nəfər iştirak edəcək.

Xasavyurd şəhərində Rusiya komandası tərəfindən təşkil olunan birgə məşqlərə daha bir neçə ölkə dəvət olunub. Hazırlıq prosesinin ardından həmin komandaların iştirakı ilə yoxlama yarışı da plnlaşdırılıb.

Qeyd edək ki, parataekvondo üzrə seçmə komandamızın bu il ən məsul yarışı, noyabrda Arubada dünya çempionatı olacaq.