11:10 11-05-2012
news_image

“Böyük Dəbilqə” üçün yığmamızın heyəti açıqlandı

Mayın 26-27-də Rusiyanın paytaxtı Moskvada keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” yarışında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Ağayar Axundzadə bu mötəbər turnirdə 5 idmançıya güvənəcək.

Bunlar İlqar Müşkiyev (60 kq), Elnur Məmmədli, Ramil Qurbanov (hər ikisi 90 kq), Elxan Məmmədov və Elmar Qasımovdur (hər ikisi 100 kq).

Qeyd edək ki, Məmmədli və Məmmədov London Olimpiadasına kimi öz çəkilərində - müvafiq olaraq, 81 kq və 90 kq-da deyil, yuxarı çəki dərəcələrində qüvvələrini sınayacaqlar.