13:55 11-05-2012
news_image
1071
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionatında rəqiblərimiz bilindi

Çinin Quançjao şəhərində boks üzrə qadınlar arasında dünya çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandamısın hər 2 üzvü – Ayzanat Hacıyeva (60 kq) və Yelena Vıstropova (75 kq) 1/32 final mərhələsindən mübarizəyə başlayacaqlar.

Hacıyeva ilk döyüşdə Hindistan nümayəndəsi Sarita Devi Laişramla üz-üzə gələcək. 30 yaşlı Hindistan boksçusu dəfələrlə Asiya çempionatının qalibi olub. O, 2001-ci ildən beynəlxalq yarışlara qatılır. Haciyeva ilk döyüşünü qələbə ilə başa vursa, növbəti mərhələdə tanınmış Türkiyə boksçusu Gülsüm Tatarla qarşılaşacaq. Tatar dünya və Avropa çempionudur.

Vıstropova isə ilk döyüşünü belaruslu Viktoriya Kebikovaya qarşı keçirəcək. Əgər boksçumuz qalib gəlsə, 1/16 finalda onun rəqibi Braziliya idmançısı Roselli Feitosa olacaq. O, bu il Kandada keçirilən Panamerika çempionatında 3-cü olub.

Azərbaycan boksçuları ilk döyüşlərini sabah keçirəcəklər. Olimpiya oyunlarına lisenziya xarakterli dünya çempionatı mayın 19-a kimi davam edəcək.