15:32 11-05-2012
news_image

Bakıdakı Dünya Kubokunun püşkü atıldı

Mayın 12-13-də Bakıda keçiriləcək sərbəst güləş üzrə Dünya Kubokunun püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən püşkatmada komandalar 2 yarımqrupa bölünüb. Püşk ərəfəsində son kubokun ilk 2 yerinin sahibi Rusiya və İran fərqli yarımqruplara daxil edilib. Digər 8 komanda isə püşklə həmin yarımqruplara bölünüb.

A yarımqrupu: Rusiya, Bolqarıstan, Belarus, Qazaxıstan, Azərbaycan
B yarımqrupu: İran, Türkiyə, ABŞ, Yaponiya, Gürcüstan

Qeyd edək ki, Dünya Kubokunda yarımqrupun liderləri finalda, qrup ikinciləri isə, 3-cülük uğrunda görüşəcək. Yarışın rəsmi açılış mərasimi mayın 12-də, saat 14:30-da “Sərhədçi” Olimpiya İdman Mərkəzində baş tutacaq. Final görüşü mayın 13-də saat 14:00-da keçiriləcək.