14:53 13-05-2012
news_image
1377
DÖYÜŞ NÖVLƏRİ

Dünya Kuboku İrana getdi

Bakıda keçirilən sərbəst güləş üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, meydan sahibi qismində döşək üzərinə çıxan Azərbaycan milli komandası “Sərhədçi” idman kompleksində keçirilən yarışın finalında İranla qarşılaşıb.

Öz qrupunda Rusiya, Qazaxıstan və Bolqarıstanı 7:0, Belarusu 6:1 məğlub edən yığmamız I yer uğrunda həlledici görüşdə məğlub olub. Matçın taleyi 6-cı dueldə müəyyənləşib. Qalib gələn İran yığması sonuncu qarşılaşmanın nəticəsindən asılı olmayaraq Dünya Kubokuna yiyələnib – 4:3.

Qeyd edək ki. III yer uğrunda matçda ABŞ yığması Rusiyanı 5:2 hesabı ilə məğlub edib.