08:36 14-05-2012
news_image
1192
DÖYÜŞ NÖVLƏRİ

Erməni üzərində layiqli qələbə

Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov (66 kq) 7 illik fasilədən sonra ilk döyüşünü keçirib. Apasport.az saytının məlumatına görə, Almaniyanın Vaysvater şəhərində təşkil olunan görüşdə təmsilçimiz Avstriyada yaşayan Ermənistan boksçusu Jeqise Tomasyanın gücünü yoxlayıb.

WBCA versiyası üzrə keçirilən döyüşdə 28 yaşlı Tomasyanla qarşılaşma 12 raunddan ibarət olsa da, həmyerlimiz 4-cü raundda rəqibini nokauta salaraq, layiqli qələbə qazanıb.

Qeyd edək ki, döyüşdən öncə Məmmədov həbsdən çıxdıqdan cəmi 4 ay sonra mübarizəyə başlamasına səbəb kimi rəqibin məhz erməni olmasını göstərmişdi.