19:15 14-05-2012
news_image
1171
STOLÜSTÜ OYUNLAR

Yığmamızın lideri “Paşkov Evi”ndə oynayacaq - FOTO

Rusiyada Mixail Talın xatirəsinə keçirilən ənənəvi beynəlxalq şahmat turnirinin keçirilmə yeri məlum olub. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Teymur Rəcəbovun da qatılacağı yarış Moskvada “Paşkov Evi”ndə təşkil ediləcək.

İyunun 7-19-da baş tutacaq turnirdə 10 şahmatçı mübarizə aparacaq. Rəcəbovun rəqibləri isə Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Vladimir Kramnik, Aleksandr Morozeviç, Yevgeni Tomaşevski, Aleksandr Qrişuk (hamısı Rusiya), Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (İtaliya) və Lük Makşeyn (İngiltərə) olacaq.