19:43 15-05-2012
news_image

Rəqibi boksçumuzun qarşısına çıxa bilmədi

Çinin Quançjao şəhərində boks üzrə qadınlar arasında dünya çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Yelena Vıstropova yarışda növbəti qələbəsini qazanıb.

Milli komandamızın üzvü Rumıniya təmsilçisi Luminita Turçini üstələyib. Hesab 10:2 boksçumuzun xeyrinə olarkən rəqib idmançı döyüşü davam etdirə bilməyib. Bu qələbədən sonra 1/4 finala vəsiqə qazanan Vıstropovanın növbəti rəqibi ukraynalı Liliya Durniyeva olacaq.

Qeyd edək ki, bu, boksçumuzun dünya çempionatında 3-cü qələbəsi idi. Olimpiya oyunlarına lisenziya xarakterli yarışda digər boksçumuz Ayzanat Hacıyeva ilk görüşdəcə məğlub olmuşdu.