23:19 15-05-2012
news_image
821
DİGƏR NÖVLƏR

2 həmyerlimiz Dünya Kubokunda

İtaliyanın Milan şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku turniri start götürüb. Apasport.az saytının xəbərinə görə, yarışda 2 həmyerlimiz - İradə Aşumova və Ruslan Lunyov da mübarizə aparacaq.

Onlar bu gün pnevmatik tapançadan atəşaçma yarışlarında çıxış edəcəklər. Ardından Aşumova kiçikçaplı tapançadan atəşaçma, Lunyov isə sürətli atəşaçma yarışlarında bəxtini sınayacaq.