08:50 17-05-2012
news_image
789
DİGƏR NÖVLƏR

Dünya Kubokuna uğursuz başladıq

İtaliyanın Milan şəhərində güllə atıcılığı üzrə Dünya Kubokuna start verilib. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə hər 2 həmyerlimiz - İradə Aşumova və Ruslan Lunyov ilk cəhdlərini ediblər.

London-2012-də yığmamızın heyətində yer alacaq Aşumova 10 m məsafəyə pnevmatik tapançadan atəşaçmada hədəf önünə çıxıb. O, 374 xalla 44-cü yeri tutub.

Lunyov da kişilərin yarışında eyni məsafəyə atəş açıb. O, 577 xal toplasa da, 63-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, idmançılarımız 25 m məsafəyə atəşaçmada da nəyə qadi olduqlarını yoxlayacaqlar.