09:50 18-05-2012
news_image
917
DİGƏR NÖVLƏR

Yığmamızın Avropa çempionatı üçün heyəti bilindi

Sabah Larnakada start götürəcək stend atıcılığı üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamız Kiprə 9 nəfərlik heyətlə yollanacaq.

Hafiz Cəfərov qitənin ən möhtəşəm yarışında Olimpiya çempionumuz Zemfira Meftahətdinova ilə yanaşı, Xanhüseyn Bağırov, Emin Cəfərov (hər üçü skit), Elçin Babayev və Elvin İsmayılova (hər iksi trap) şans verəcək. Baş məşqçi gənclərin mübarizəsində isə Niyaz Əlizadə, Fuad Qurbanov (hər iksi skit), Əlimirzə Qurbanov və Əli Hüseynlini (hər iksi trap) sınaqdan keçirəcək.

Qeyd edək ki, mayın 26-na kimi davam edəcək çempionatda 42 ölkədən 377 snayper qüvvəsini sınayacaq.