23:00 18-05-2012
news_image

Avropa Kubokunda 23 azərbaycanlı

Bu gün Kiyevdə 20 yaşadək cüdoçular arasında Açıq Avropa Kuboku uğrunda turnirə start veriləcək. Apasport.az saytının xəbərinə görə, 2günlük yarışda Azərbaycan da daxil olmaqla, "Köhnə qitə"nin 18 komandasıyla yanaşı, Asiyadan Özbəkistanla Türkmənistan, Cənubi Amerikadan isə Braziliya yığması iştirak edəcək.

Azərbaycan turnirə məşqçilər Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında 26 idmançıyla qatılıb.