10:31 21-05-2012
news_image

Məmişzadə Minskdən qızıl medalla qayıdır

Belarusun paytaxtı Minskdə Sovet İttifaqı qəhrəmanı Viktor Liventsovun xatirəsinə həsr olunmuş boks turnirinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 52 kq çəki dərəcəsundə mübarizə aparan Elvin Məmişzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Milli komandamızın üzvü həlledici görüşdə qazaxıstanlı Narqazi Yussupovu məğlub edib.

Ən ağır çəki dərəcəsində yarışan dünya çempionumuz Məhəmmədrəsul Məsidov isə finalda Qazaxıstan təmsilçisi Jan Kosbutskiyə 6:13 hesabı ilə məğlub olaraq, 2-ci yerlə kifayətlənib.

Apreldə Trabzonda keçirilən Avropa Olimpiya lisenziya turnirində London-2012-yə vəsiqə qazanan Məhəmməd Abdulhəmidov (56 kq) isə 1/4 finalda rusiyalı dünya çempionu Sergey Vodopyanova uduzub. Döyüş 8:8 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqibə veriblər.