19:36 22-05-2012
news_image
949
DİGƏR NÖVLƏR

Yığmamız Münhenə getdi

Güllə atıcılığı üzrə Azərbaycan milli komandası daha bir mötəbər yarışda qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, İtaliyanın Milan şəhərində Dünya Kubokunun mərhələ yarışında iştirak edən həmyerlilərimiz – İradə Aşumova və Ruslan Lunyov bu dəfə Almaniyanın Münhen şəhərində analoji turnirin növbəti mərhələsində “sükütü” güllə səsləri ilə pozacaqlar. Onların hər ikisi yenə 10 və 25 m məsafəyə atəşaçmada mübarizə aparacaqlar.

Qeyd edək ki, sabah start götürəcək yarış mayın 28-də başa çatacaq. Turnirdə 85 ölkədən 678 idmançı çıxış edəcək.