08:48 25-05-2012
news_image
837
DİGƏR NÖVLƏR

Milanda ilk cəhd boşa çıxdı

İtaliyanın Milan şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kuboku davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günü Azərbaycan milli komandasının üzvü İradə Aşumova dəqiqliyini yoxlayıb.

Lakin həmyerlimiz yenə hədəfə düşə bilməyib. O, 25 m məsafəyə atəşaçmada 577 xalla 22-ci yeri tutub.

Digər snayperimiz Ruslan Lunyov isə hələ mübarizəyə qoşulmayıb.

Qeyd edək ki, Dünya Kuboku mayın 28-də başa çatacaq.