12:14 25-05-2012
news_image
954
DİGƏR NÖVLƏR

Bakı Tennis Akademiyasında yanğın olub

Bakı Tennis Akademiyasında yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Binəqədi rayonunda Bakı Tennis Akademiyasının İdman Kompleksinin 1-ci mərtəbəsində ümumi sahəsi 20 kv/m olan sauna otağının lambirin və taxtadan ibarət üzlükləri 12 kv/m sahədə yanıb. Saunanın qalan hissəsi yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 06:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.