17:35 25-05-2012
news_image
1201
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli üçün azərbaycanlı rəqib

Mayın 26-27-də Moskvada keçiriləcək “Böyük Dəbilqə”də Azərbaycan cüdoçularının rəqibləri bilinib. Apasport.az saytının məlumatına görə, Rusiyaya 5 idmançı ilə yollanan yığmamızın üzvlərindən 4-ü 2 cütlük təşkil edəcək.

Belə ki, 90 kq çəki dərəcəsində mübarizə aparacaq Olimpiya çempionumuz Elnur Məmmədli ilk döyüşünə Ramin Qurbanovu (90 kq), 100 kq-da tatamiyə çıxacaq dünya çempionatının bürünc mükafatçısı Elxan Məmmədov Elmar Qasımovla qarşılaşacaq.

Digər həmyerlimiz İlqar Müşkiyev (60) isə ilk 2 mərhələdən azaddır. O, 1/4 finalda rusiyalılar Robert Mşvidobadze – Aykerel Balçakpan cütünün qalibi ilə güləşəcək.

Qeyd edək ki, Məmmədli və Məmmədov öz çəki dərəcələrində qüvvələrini sınamırlar.