23:11 26-05-2012
news_image
1110
DİGƏR NÖVLƏR

Qitə birinciliyində 7 azərbaycanlı

Slovakiyanın paytaxtı Bratislavada qılıncoynatma (sablya, rapira, şpaqa) üzrə gənclər arasında Avropa birinciliyinə start verilib. Apasport.az saytının xəbərinə görə, qitə birinciliyində azərbaycanlı müşketyorlar da mübarizəyə qatılıb.

Azərbaycan Qılıncoynatma Federasiyasından (AQF) verilən məlumata görə, ölkəmizi bəlli yarışda sözügedən qurumun vitse-prezidenti Yaşar Məmmədovun rəhbərliyi altında 7 idmançı təmsil edir.

Sablyaçı qızların yarışında Sevinc və Sevil Bünyatova bacıları ilə yanaşı, daha gənc olan Fatima İbrahimova, oğlanların analoji yarışında isə Yusif Budaqov, Hüseyn Dadaşov və Cavanşir Səfərov körpücük üzərinə çıxacaq. Şpaqaçıların yarışına qatılan yeganə təmsilçimiz isə Kənan Əliyevdi.