23:33 26-05-2012
news_image
1139
DİGƏR NÖVLƏR

5 idmançımızın hamısı uduzdu

Hollandiyanın paytaxtı Amsterdamda kamandan oxatma üzrə kişi və qadınlar arasında keçirilən olimpiya təsnifatlı Avropa çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, yarışa qatılan 5 oxçumuzun hamısı çıxışını erkən başa vurub.

Kişilərin yarışında çıxış edən həmyerlilərimiz Roman Venqerov, Aleksey Kapnin və Dmitri Dankov, eləcə də zəriflərimiz Leyla Fazilova ilə Svetlana Simonova 1/32 finalda məğlubiyyətlə üzləşib.

Reqlamentə görə, həm kişilərin, həm də qadınların yarışında ilk üç yeri tutan idmançılar London Olimpiadasına lisenziya qazanmış olacaq.