11:41 27-05-2012
news_image
1178
DİGƏR NÖVLƏR

İdmançımız Dünya Kubokunun II mərhələsinin finalında

İsveçrəninn Lütsern şəhərində keçirilən Dünya Kubokunun II mərhələsində Azərbaycan akademik avarçəkəni Nataliya Mustafayeva finala yüksəlib. Apasport.az saytının xəbərinə görə, qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) mübarizə aparan təmsilçimiz yarımfinalda ilk “3-lüy”ə düşməyi bacarıb. O, 2000 metr məsafəni 7 dəqiqə 26,60 saniyəyə qət edib. Finişə 2-ci çatan Mustafayeva yalnız avstraliyalı Kim Kroudan (7:23.44) geri qalıb. Rusiyalı İlya Levina (7:30.05) isə 3-cü yeri tutub. Mustafayevadan əlavə, Krou və Levina da finala çıxıb.

Mayın 27-də Bakı vaxtı ilə saat 17:25-də başlanacaq həlledici yürüşdə avarçəkənimizin digər rəqibləri Emma Tviqq (Yeni Zelandiya), Mirka Knapkova (Çexiya) və Siuyun Çanq (Çin) olacaq.

Qeyd edək ki, Nataliya Mustafayeva Dünya Kubokunun I mərhələsində bürünc medal qazanıb.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti