23:08 27-05-2012
news_image

Stadniklə Radkeviç Almaniyadan qalib dönür

Almaniyanın Dormaqen şəhərində qadın güləşçilər arasında keçirilən beynəlxalq turnir başa çatıb. Apasport.az saytının xəbərinə görə, yarışda ölkəmizi məşqçi Qrek İqnatın rəhbərliyi altında London Olimpiadasına lisenziya alan 2 güləşçi - Mariya Stadnik (48 kq) və Yuliya Radkeviçlə (59 kq) yanaşı, daha gənc olan Patimat Baqomedova (51 kq) təmsil edib.

Patimatdan fərqli, olimpiyaçılarımız turnirdə daha yaxşı çıxış edib və hər ikisi qızıl medala layiq görülüb. Yığmamızın lideri olan Stadnik Hekane Senası (İspaniya), Mersedes Deneşi (Macarıstan) və Vanes Kolodzinskini (Belarus) məğlubiyyətə uğradaraq, finala çıxıb və Yulit Omelyusiki (Polşa) də yenincə turnirin qalibi olub.

Radkeviçsə Natalya Mosloputskonu (Belarus), Karlina Veçerçini (Polşa) və italiyalı Sarı Dakolu məğlub edincə daha bir belaruslu güləşçi - Hadya Mixalkovla finalda üzləşməli olub. Həlledici görüşü də qələbə ilə bitirən Yuliya da turnirin baş mükafatına layiq görülüb.

Patimata gəlincə, o startda almaniyalı Lauru Mertensi udsa da, növbəti mərhələdə bu ölkənin digər təmsilçisi Hine Hemmerə məğlub olaraq, bürünc uğrunda fransalı Marion Şatonla təsəlliverici görüşə qatılıb və onu udaraq, üçüncülüyü özünə təmin edib.