09:18 28-05-2012
news_image
982
DİGƏR NÖVLƏR

Dünya Kubokunda uğursuzluq

İtaliyanın Milan şəhərində keçirilən güllə atıcılığı üzrə Dünya Kubokuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın sonuncu günü Azərbaycan milli komandasının üzvü İradə Aşumova və Ruslan Lunyov bir daha hədəf önünə çıxıblar.

Onlar bu dəfə 10 m məsafədən atəşaçmada dəqiqliklərini yoxlayıblar. Təəssüf ki, yenə həmyerlilərimiz mükafatçılar sırasına düşə bilməyiblər. Aşumova 42-ci, Lunyov 60-cı yeri tutub.

Qeyd edək ki, bundan öncə 25 m məsafəyə atəşaçmada Aşumova 22-ci, Lunyov isə 43-cü pillədə qərarlaşmışdı.