14:03 28-05-2012
news_image
1032
DÖYÜŞ NÖVLƏRİ

Dünya çempionunun meyiti evində tapıldı

Peşəkar boksçu Conni Tapia vəfat edib. Apasport.az saytının məlumatına görə, 46 yaşlı 5 qat dünya çempionunun cəsədi yaşadığı ABŞ-ın Albukerka şəhərindəki evində aşkar edilib.

İdmançının ölümünün səbəbi hələ müəyyənləşməyib. Polis isə onun işgəncələr verilərək, həyatına son qoyulması ehtimalının çox az olduğunu bildirib.

Qeyd edək ki, Tapia professional boksa 1988-ci ildə başlayıb, axırıncı döyüşünü isə 2011-ci ilin yayında keçirib.