16:12 28-05-2012
news_image
1518
DİGƏR NÖVLƏR

“Bakı” Xorvatiya klubunu darmadağın etdi

Qadın hokkeyçilər arasında “Çelenc-2”də mübarizə aparan “Bakı” bu gün yarışda çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, paytaxtın eyni adlı təmsilçisi avrokubokda 5-ci yer uğrunda görüşdə Xorvatiyanın “Zrinjevac” klubu ilə qarşılaşıb.

Oyun təmsilçimizin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da turniri 5-ci yerdə bitirən “Bakı” növbəti mövsümdə də “Çelenc-2”də yarışacaq.

Qeyd edək ki, avrokubokda yeganə qadın təmsilçimiz olan “Bakı” qrup mərhələsində “Suonsi”yə (Uels) 1:4, “Arminen”ə (Avstriya) 2:3 hesabı ilə uduzmuşdu. Onlar yalnız Bolqarıstanın NSA klubuna qarşı keçirdiyi oyundan qalib ayrılmışdılar - 7:0.