12:41 29-05-2012
news_image

Güləşçilərimiz Türkiyədə 7 medal qazandılar

Türkiyənin paytaxtı Ankarada güləş üzrə gənclər arasında XV “Çempionlar” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, 2012-ci ilin təqvim planına əsasən, qeyd olunan turnirdə hər 3 güləş növü üzrə milli komandalarımız da iştirak edib.

Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında yarışda iştirak edən gənc qızlardan ibarət yığmamızın heyətində Aydan Səfərli (55 kq) bürünc medal qazanıb.

Sərbəst güləşçilər məşqçi Elnur Aslanovun rəhbərliyi altında ölkəmizi təmsil ediblər və onlardan Orxan Şərifov (84 kq) 3-cü nəticə göstərib.

Böyük məşqçi İlqar Abdulov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Ankaraya yollanan yunan-Roma güləşçilərimizdən Şamil Ertuqanov (74 kq) finalda komanda yoldaşı Toğrul Yunusluya qalib gəlib. Sakit Quliyev (55 kq) və Rövşən Tağıyev (60 kq) gümüş, Ceyhun Əliyev (66 kq) isə bürünc medala layiq görülüb.