12:42 31-05-2012
news_image
1128
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbovla Vüqar Həşimova xüsusi dəvət

FİDE 2012-ci ilin yanvar ayına olan reytinqinə əsasən, 10 ən güclü şahmatçı blits və sürətli şahmat üzrə dünya çempionatında seçmə mərhələdə iştirak etmədən oynayacaq. Apasport.az saytının məlumatına görə, FİDE-nin bu gün açıqladığı ilk “10-luq”da Azərbaycan milli komandasının 2 qrossmeysteri – Teymur Rəcəbov və Vüqar Həşimov da yer alıb.

Onlarla yanaşı, yarışda Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Vladimir Kramnik, Sergey Karyakin, Aleksandr Morozeviç (hər üçün Rusiya), Vişvanatan Anand (Hindistan), Veselin Topalov (Bolqarıstan) və Vasili İvançuk (Ukrayna) da mundialda birbaşa iştirak hüququ qazanıb. Lakin 10 şahmatçının hamısı iştirakını iyunun 8-nə kimi təsdiq etməlidir.

Qeyd edək ki, dünya çempionatı iyulun 1-11-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək.