14:13 31-05-2012
news_image
2086
DİGƏR NÖVLƏR

Könül Nurullayeva: Bakı sübut etmək istəyirdi ki...

“Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarı bizim üçün uğursuzdur. Lakin sizi əmin edə bilərəm ki, 2020-ci Olimpiya Oyunlarına verdiyimiz sifarişdən nəticə çıxarıb, BOK-un qiymətini nəzərə alacağıq və növbəti dəfə daha da inamlı çıxış edəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı-2020”nin icraçı-direktoru Könül Nurullayeva deyib.

Rusiya mətbuatına müsahibəsində Bakının Olimpiada-2020-də mübarizəni dayandırmasına münasibət bildirən Nurullayevanın sözlərinə görə, Bakı şort-listə düşməsə də, BOK-un İşçi Qrupu tərəfindən xüsusi qeyd edilib: “Ölkəmiz inkişaf yolundadır. Biz xidmət, infrastruktur sahələrinə xalqın və regionun rifahını yaxşılaşdırmaq üçün xeyli vəsait cəlb edirik. Səylərimiz BOK-un İşçi Qrupunun məruzəsində xüsusi qeyd edildiyi üçün çox şadıq”.

Ardıcıl ikinci dəfə Olimpiada uğrunda şort-listə düşə bilməyən paytaxtımız növbəti seçimlərdə də Yay Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi etmək uğrunda mübarizəni davam etdirəcək. İcraçı-direktor bildirib ki, BOK-un qərarından hamı məyusdur: “Bakı sübut etmək istəyirdi ki, Olimpiya Oyunları milli idmana, vətəndaşların sağlamlığına və həyat keyfiyyətinə sanballı investisiyalarla olmaqla yanaşı, həm də məsuliyyətlə təşkil oluna bilər. Bu da Olimpiya Hərəkatının gələcəyi üçün Oyunların keçirilməsini davamlı modellə təmin edəcək”.

Qeyd edək ki, Olimpiada-2020-də Bakı ilə yanaşı, Doha da mübarizəni dayandırmışdı. İstanbul, Tokio və Madrid isə şort-listə düşmüşdü.