13:51 01-06-2012
news_image
1224
DÖYÜŞ NÖVLƏRİ

Fəridə Əzizova üçün növbəti mükafat - FOTO

Gənclər taekvondoçular arasında son dünya çempionu və London Olimpiadasının iştirakçısı Fəridə Əzizovaya daha bir mükafat təqdim edilib. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, perspektivli idmançımız Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar təşkil etdiyi tədbirdə “Azərbaycanın gələcəyi” diplomu və mükafatına layiq görülüb.

Bu nüfuzlu komitənin, beynəlxalq müsabiqələrdə və yarışlarda qalib gələn və yüksək yerlər tutan uşaq və yeniyetmələr üçün nəzərdə tutduğu “Azərbaycanın gələcəyi” mükafatı Əzizovanın son 2 ayda növbəti ictimai mükafatıdır. Apreldə Müstəqil Milli-İctimai “Humay” mükafatına da sahib olan idmançımız, London-2012-yə son hazırlıqları keçmək üçün Olimpiya komandası ilə birgə Koreyadadır.