14:19 01-06-2012
news_image
1251
STOLÜSTÜ OYUNLAR

Teymur Rəcəbov üçün qeyri-adi seçim

İyunun 7-də Moskvada “Paşkov Evi”ndə start götürəcək Mixail Talın xatirəsinə həsr edilmiş ənənəvi beynəlxalq şahmat turnirinin əsas yarışı üçün qeyri-adi seçim olacaq. Apasport.az saytının məlumatına görə, Azərbaycan şahmatçısı Teymur Rəcəbovun mübarizə aparacağı turnirdə öncə blits turnir təşkil ediləcək.

Bu yarışda isə qrossmeysterlərin tutacağı yerlərə uyğun olaraq, əsas turnirin təqvimi müəyyənləşəcək.

Qeyd edək ki, iyunun 19-na kimi davam edəcək xatirə yarışında Rəcəbovun rəqibləri Maqnus Karlsen (Norveç), Levon Aronyan (Ermənistan), Vladimir Kramnik, Aleksandr Morozeviç, Yevgeni Tomaşevski, Aleksandr Qrişuk (hamısı Rusiya), Hikaru Nakamura (ABŞ), Fabiano Karuana (İtaliya) və Lük Makşeyn (İngiltərə) olacaq.