16:22 01-06-2012
news_image

Sabah ümumrespublika birinciliyi başlayır

İyunun 2-3-də yeniyetmə taekvondoçular arasında ümumrespublika birinciliyi keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, qurumun idman zalında yarışda respublikanın müxtəlif bölgələrindən 60-dək klubun 300-ə yaxın idmançısı iştirak edəcək.

1999-2001-ci il təvəllüdlü taekvondoçular arasında Azərbaycan birinciliyində oğlan və qızlar, müvafiq olaraq 11 çəki dərəcəsi üzrə mübarizə aparacaqlar. Döyüşlər saat 10:00-18:00 arası keçiriləcək.