09:50 02-06-2012
news_image
4563
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızın məşqçisi avtomobil qəzasında öldü

Sərbəst güləş üzrə Azərbaycan milli komandasının məşqçisi Elnur Aslanov dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı çalışdırıcı “VAZ-21015” markalı, 50-CF-072 dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıtın Sahil küçəsi ilə idarə edərkən hasara vurub.

Qəza nəticəsində sürücü və avtomobilində olan sərnişinlər, Sumqayıt şəhər sakinləri, 1977-ci il təvəllüdlü Abışov Gündüz Ramiz oğlu və Babayev Valeh Ağakişi oğlu hadisə yerində ölüblər, 1976-cı il təvəllüdlü Nemətov Eldar Müslüm oğlu isə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Aslanov az öncə Ankarada başa çatan gənclər arasında XV “Çempionlar” beynəlxalq turnirində sərbəst güləş yığmamıza rəhbərlik edib. Həmin komandanın heyətində isə Orxan Şərifov (84 kq) 3-cü yeri tutub.