10:41 02-06-2012
news_image
1637
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycan Güləş Federasiyasından başsağlığı

Sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığma komandasının məşqçisi Elnur Aslanov iyunun 1-də avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Apasport.az saytının məlumatına görə, bununla əlaqədar Azərbaycan Güləş Federasiyasının rəhbərliyi və kollektivi mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan səbr diləyir.

Xatırladaq ki, 2002-ci ildə sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin gümüş medalını qazanan Elnur Aslanov Azərbaycanı 2004-cü il Afina Yay Olimpiya Oyunlarında təmsil edib. Bundan başqa o dəfələrlə Azərbaycan çempionatları və beynəlxalq turnirlərin qalib və mükafatçısı olub.

Allah rəhmət eləsin!