08:48 03-06-2012
news_image
870
DİGƏR NÖVLƏR

Olimpiyaçımız Avropa çempionatında 3-cü oldu

Bədii gimnastika üzrə Nijni Novqorodda keçirilən Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, bu gün başa çatacaq yarışda Azərbaycan millisi ilk medalını qazanıb.

Bu uğuru komandamıza Aliyə Qarayeva yaşadıb. Belə ki, London-2012-yə lisenziya qazanmış gimnastımız çoxnövçülük yarışlarında bürünc medal əldə edib. Onun çıxışı hakimlər tərəfindən 114,850 xalla qiymətləndirilib.

Çempion adını Yevgeniya Kanayeva (Rusiya, 118,150) qazanıb. İkinci yer isə Aleksandra Merkulovaya (Rusiya, 116,425) qismət olub.