17:36 03-06-2012
news_image
1311
DÖYÜŞ NÖVLƏRİ

Yığmanın heyəti müəyyənləşdi

Bu gün yeniyetmə taekvondoçular arasında l ümumrespublika birinciliyinə yekun vurulub. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, qurumun idman zalında keçirilən yarışda respublikanın 44 müxtəlif şəhər və rayonlarını təmsil edən 61 klubun 300-ə yaxın idmançısı qüvvəsini sınayıb.

2 gün davam edən birincilikdə 9 çəki dərəcəsi üzrə mübarizə aparan 1999-2001-ci il təvəllüdlü oğlan və qızlar arasında Azərbaycanın ən güclüləri müəyyənləşib.

Qaliblər
Oğlanlar
30 kq. Ceyhun Əliyev, Şağan
33 kq. Toğrul Nəcəfli, Zəngilan
37 kq. Anar Aslanov, Fərəh klubu
41 kq. Şikar Mədətov, Sumqayıt
45 kq. Bəxtiyar Həsənov, Zenit klubu
49 kq. Nurlan Fətəliyev, Ağcabədi
53 kq. Müşfiq İbrahimov, Əfa klubu
57 kq. Məmmədbala Məmmədov, Zəngilan
61 kq. Ələsgər Əliyev, 2 saylı lisey

Qızlar
25 kq. Minayə Əkbərova, Ağcabədi
29 kq. Aliyə Zeynalova, Zəngilan
33 kq. Nərgiz Mirzəyeva, Sumaqayıt
37 kq. Şəms İsayeva, Şağan
41 kq. Gövharət Dövlətova, Qusar
44 kq. Nərminə Talıbova, Musado klubu
47 kq. Nuranə Əsgərova, Şəmkir
51 kq. Məleykə Quliyeva, Ağcabədi
+59 kq. Səmra Qubadlı, Zərdab

Qeyd edək ki, komanda hesabında Ağcabədi birinci pilləni, Zəngilan ikinci, Şağan taekvondoçuları isə üçüncü yeri tutublar. Fərqlənən taekvondoçulara ATF-in müvafiq medal, kubok və diplomları təqdim edilib. Onlar seçmə komandanın heyətinə cəlb edilərək, qarşıdakı yarışlara hazırlaşacaqlar.