19:04 03-06-2012
news_image
1170
DİGƏR NÖVLƏR

Millimiz Qəbələdə final matçını izləyir

I Qəbələ Kuboku London Yay Olimpiya Oyunlarına hazırlaşan sərbəst güləş üzrə Azərbaycan millisinin maraq dairəsinə düşüb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında Qəbələdə hazırlıq keçən 14 pəhləvanımız bu şəhərdə keçirilən 15 yaşadək futbolçular arasında beynəlxalq turnirin final oyununu izləyənlər arasında yer alıb.

Həlledici matçda isə “Qalatasaray” Serbiya yığması ilə qarşılaşır.

Qeyd edək ki, güləşçilərimizin Qəbələdəki təlim-məşq toplanışı iyunun 9-da başa çatacaq.